
Sosial şəbəkələrdə HƏMAS döyüşçüsünün Paris Olimpiya Oyunlarının keçirilməsini hədələdiyini əks etdirən video yayılıb. Lakin BBC-nin topladığı sübutlar göstərir ki, video Olimpiadanı pozmaq məqsədi ilə ruslar tərəfindən hazırlanıb.
İyulun 26-da Parisdə keçiriləcək açılış mərasiminə bir neçə gün qalmış video sosial mediada milyonlarla insan tərəfindən izlənilib. Videoda üzü örtülü HƏMAS döyüşçüsü Fransanın İsrailə verdiyi dəstəyə görə qisas almaqdan danışır və ərəbcə “Paris küçələrində qan çayı axacaq” deyə xəbərdarlıq edir. Videonun sonunda həmin şəxs Fransa respublikasının simvolu olan Mariannanın qanlı başının nəyə bənzədiyini göstərir.
“Həmas” videosu ilə bağlı bəzi şərhlərdə İsrail videonun hazırlanmasına görə məsuliyyət daşıyır, lakin bunu əks etdirən heç bir sübut aşkar olunmayıb.
Fransa əleyhinə klip ilk dəfə iyulun 21-də “Həmas döyüşçüsü” adı ilə @endzionism24 X hesabı tərəfindən paylaşılıb. Bu hesab yalnız süni intellekt tərəfindən yaradılmış şəkilləri paylaşırdı. Klemson Universitetinin professoru Darren Linvilin sözlərinə görə, klip daha sonra Kremlə dost ərəb və fransız Qərbi Afrika xəbər təşkilatları tərəfindən dərc edilib və sonra Telegram-da paylaşılıb. Videonu ilk dəfə paylaşan Telegram kanalları arasında Sidneydə yaşayan rus təbliğatçısı Simeon Boykovun “Avstraliya kazak” adı ilə tanınan və 80 min izləyicisi olan ingilis kanalı və Kreml yönümlü Rusiyanın “Qolos Mordora” (“Səs”) kanalı da var. Sonrakı bir neçə saat ərzində eyni rusca mətn və şəkillər Telegram-da minlərlə abunəçi ilə digər rus hesabları tərəfindən yenidən paylaşılıb.
Professor Linvill deyib: “Bu, sosial mediada rusiyayönlü hesablar vasitəsilə yayılıb. Burada yeni heç nə yoxdur, onlar hər dəfə bir az fərqli yol tuturlar” deyir.
Mənbə: BBC
Tərcümə etdi: Tahirə Bağırzadə
