Bu gün:

Yaponiyada vətəndaşların sayı azaldıqca əcnəbi sakinlər artır


Çərşənbə günü açıqlanan rəsmi məlumatlara görə, Yaponiyada yaşayan xarici vətəndaşların sayı rekord həddə çatıb, bu da Yaponiya vətəndaşlarının sayında ən böyük illik azalmanı göstərib.Xroniki olaraq aşağı doğum nisbətləri ilə Yaponiya kiçik Monakodan sonra dünyanın ən yaşlı ikinci əhalisinə malikdir.

Baş nazir Fumio Kişida, doğumları artırmağa yönəlmiş siyasətlər təqdim edərək, ölkənin "bir cəmiyyət olaraq fəaliyyət göstərməyə davam edə biləcəyimizin astanasında" olduğunu xəbərdar edib.

Hökumət, həmçinin, Yaponiyaya köçməyi xaricdəki işçilər üçün daha cəlbedici etmək üçün immiqrasiya siyasətlərini nəzərdən keçirir.

Məlumatlara görə, Yaponiyada yaşayan Yaponiya vətəndaşlarının sayı isə 121,6 milyon nəfər təşkil edib və 2023-cü ildə 861,237 nəfər azalaraq indiyə qədər qeydə alınan ən böyük azalma və 15-ci ardıcıl illik azalma olub.

Xarici vətəndaşlar Yaponiyanın 124,9 milyonluq əhalisinin təxminən 2,7%-ni təşkil edir.

Mənbə: VnExpress

Tərcümə etdi: Nəzri Süleymanova 

Paylaş
Şərh əlavə et