
Lisa səfirliyə yad deyil. Blackpink üzvü 2020-ci ildə Celine üçün qlobal səfir və həmin il MAC Cosmetics-in siması təyin edilib və çərşənbə axşamı Louis Vuitton-un ən yeni siması seçildiyi üçün onun CV-si bir qədər uzanıb.
Louis Vuitton qadın kolleksiyalarının bədii rəhbəri Nicolas Ghesquière, "Mən Lisanı ev səfiri kimi qarşılamaqdan çox həyəcanlıyam" deyib. “Onun cəsarətli ruhu və xarizması var ki, onu inanılmaz dərəcədə cəlbedici hesab edirəm. O, modası ilə olduğu kimi musiqisi ilə də cəsarətli və yaradıcıdır və bu yolda onu müşayiət etmək bir şərəfdir”.
K-pop müğənnisi mart ayında Parisdə LV Fall/Winter '24 şousunda göründü ki, bu da gələcək əməkdaşlıq əlaqələrinə işarədir. Keçən ay üç il ərzində ilk solo sinqlı olan “Rockstar” ı buraxan Lisa üçün həyəcanlı yay oldu.
Mənbə: Harper's Bazaar
Tərcümə etdi: Nəzri Süleymanova
