Bu gün:

Cənubi Koreya Olimpiadada səhvən Şimali Koreya kimi təqdim edilib


Parisdə keçirilən açılış mərasimində Cənubi Koreya idmançılarının səhvən Şimali Koreya kimi təqdim edilməsindən sonra Olimpiya təşkilatçıları “dərin üzrxahlıq” ediblər.


Həyəcanlı, bayraq dalğalandıran komanda Sena çayı boyunca üzdükcə, həm fransız, həm də ingilis diktorları onları "Koreya Xalq Demokratik Respublikası" - Şimali Koreyanın rəsmi adı kimi təqdim etdilər.


Eyni ad daha sonra Şimali Koreyanın nümayəndə heyəti keçərkən istifadə edilib.


İki Koreya, İkinci Dünya Müharibəsinin sonundan bəri bölünüb və dövlətlər arasında son zamanlar gərginlik daha da artıb.

Cənubi Koreyanın idman nazirliyi utanc verici söz-söhbətlə bağlı "hökumət səviyyəsində Fransaya ciddi şikayət" verməyi planlaşdırdığını bildirib.

Mənbə: BBC 

Tərcümə etdi: Nəzri Süleymanova 

Paylaş
Şərh əlavə et