Ötən gecə Antalyada yağan qəfil leysan səbəbindən yollar göllərə çevrilib. Bu vaxt ildırım otelin bağçasındakı ağaca dəyib və yanğın baş verib.

Dünən axşam saatlarında Antalyaya yağan leysan və yağış həyata mənfi təsir edib.
Şiddətli fırtına və yağışa hazırlıqsız qalan Antalya sakinləri qaçış məntəqələri kimi avtobus dayanacaqlarına və ya çoxmənzilli binalara üstünlük verib.
Yağışla müşayiət olunan güclü külək nəticəsində bəzi iş yerləri zədələnib, vətəndaşlar təşvişə düşüb. Bəzi yerlərdə ağaclar aşıb, dayanmış avtomobillərə ağaclar və üzərinə düşən əşyalar ziyan vurub.
İldırım otelin bağçasında ağaca dəyib və yanğına səbəb olub. İldırımın çaxma anı mobil telefonun kamerasına əks olunub. Gecə saatlarında şəhərdə yağıntılar dəyişkən buludlu hava şəraitinə keçsə də, bu gün hava günəşlidir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
