Nepalda havaya qalxandan dərhal sonra qəzaya uğrayan sərnişin təyyarəsinin pilotu fəlakətdən sağ çıxıb, çünki təyyarə yerə çırpılaraq yanmamışdan əvvəl pilot kabinəsi yan tərəfdən yük konteynerinə dəyib və gövdədən qopub.
Katmandu hava limanında 18 nəfərin ölümü ilə nəticələnən qəzadan sağ çıxan yeganə pilot Maniş Ratna Şakya xəstəxanada müalicə olunub. BBC Nepal Xidməti Şakyanın danışa bildiyini təsdiqləyib və ailəsinə onun yaxşı olduğunu bildirib.
Xilasedicilər verdiyi açıqlamada alovun konteynerə dəyib qopması ilə kabinəyə çatdıqlarını bildiriblər.
Polis Rəsmi Dambar Bişvakarma: “O, nəfəs almaqda çətinlik çəkirdi. Pəncərəni sındırıb dərhal bayıra çıxardıq. “O, xilas edilən zaman üzü tamamilə qan içində idi, lakin biz onu xəstəxanaya apardıq və danışa bildi.
Nepal Mülki Aviasiya Nazir Badri Pandey bildirib ki, uçuş-enmə zolağından havaya qalxan Saruya Hava Yollarına məxsus təyyarə qəfildən sağa dönüb və eniş zolağının şərq tərəfinə düşüb.
Təhlükəsizlik kamerasının görüntülərində alovlanan təyyarənin hava limanı üzərində sürüklənərək ərazinin uzaq küncündəki vadiyə çırpıldığı görünür.
Nepal mediasının məlumatına görə, konteyner texniki vasitələr saxlamaq üçün helikopter şirkəti tərəfindən istifadə edilirdi.
Nepal Ordusu bildirib ki, pilot "qəzadan beş dəqiqə sonra çox qorxmuş, lakin şüurlu vəziyyətdə xilas edilib".
Pilotun başından və üzündən yaralandığı, belindəki qırıq sümükləri müalicə etmək üçün əməliyyat olunacağı vurğulanıb.
Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırma aparılır.
Mənbə: Trthaber.com
Tərcümə etdi: Aydan İbrahimli