Bu gün:

NASA ilk dəfə kosmosa 4K video yayımladı


NASA məlumat göndərmək və qəbul etmək üçün radio dalğalarından istifadə edir. Bununla belə, lazer rabitəsi məlumatı 10-100 dəfə daha sürətli ötürən infraqırmızı işıqdan istifadə edir. Glenn mühəndisləri, Hava Qüvvələri Araşdırma Laboratoriyası və NASA-nın Kiçik Biznes İnnovasiyaları Tədqiqat proqramı ilə əməkdaşlıq edərək, müvəqqəti olaraq Pilatus PC-12 təyyarəsinin gövdəsinə portativ lazer terminalı quraşdırdı.

Eri gölü üzərində uçarkən təyyarə məlumatı Klivlenddəki optik yer stansiyasına göndərdi.

Oradan məlumatlar Yerdəki şəbəkə vasitəsilə NASA-nın Nyu-Meksiko ştatının Las Kruces şəhərindəki White Sands Test Mexanizminə göndərildi və burada alimlər infraqırmızı işıq siqnallarından istifadə edərək məlumatları ötürdülər.

Siqnallar, NASA-nın, Relay Demonstration (LCRD) adlı orbital təcrübə platformasına gəldi və daha sonra Beynəlxalq Kosmik Stansiyada ILLUMA-T faydalı yükünə köçürüldü. ILLUMA-T məlumatları Yerə geri göndərdi.

Təcrübələr zamanı Glenn-də hazırlanmış Yüksək Sürətli Gecikməyə Dözümlü Şəbəkə (HDTN) sistemi siqnalın bulud örtüyünə daha effektiv şəkildə nüfuz etməsinə kömək etdi.

Tədqiqatçılar iyulun qalan hissəsi boyunca PC-12 təyyarəsindən 4K video axını imkanlarını sınaqdan keçirəcəklər.

Məqsəd, Artemida missiyaları ilə Ay səthinə qayıdışın yayımlanması üçün lazım olan texnologiyaları inkişaf etdirməkdir.

Mənbə: trthaber.com

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et