Kanadanın turizm şəhəri Jasperdəki binalar bu həftənin əvvəlində 25 min insanı ərazini tərk etməyə məcbur edən meşə yanğınlarından sonra yanıb.

Park rəsmilərinin X-də bildirdiyinə görə, yanğın Jasper Milli Parkına yayılaraq yerli şəhər daxilində "əhəmiyyətli itkilərə" səbəb olub.
Qərbi Alberta və Britaniya Kolumbiyası (BC) əyalətlərində yüzlərlə meşə yanğını baş verib.
BC Wildfire Service-in məlumatına görə, son bir həftə ərzində bölgəyə 58,000-dən çox ildırım düşüb və bu, üç həftəlik isti dalğasından sonra yeni alovlara səbəb olub.
Təxminən 1900 Alberta yanğınsöndürənləri Alyaska və Avstraliyadan olan personalın köməkliyi ilə yerləşdirilib və yerli infrastrukturu xilas etmək üçün çalışırlar.
Mənbə: bbc.com
Tərcümə etdi: Rəhimə Cəmilova
