Bu gün:

Çin qlobal diplomatiyanın yeni mərkəzidirmi?


Çin son vaxtlar bir çox ölkələrdən yüksək səviyyəli rəsmiləri qəbul edir. Pekin administrasiyası iyulun 23-də Fələstin qruplarını bir araya gətirməklə yeni bir vasitəçilik uğuru əlavə etmişdir. Ukraynanın xarici işlər naziri Dimitro Kuleba da Rusiya ilə mümkün sülh prosesini müzakirə etmək üçün bu günlərdə Pekindədir. Xüsusilə, son illərdə sürət qazanan Çinin diplomatik təkanları diqqət çəkir.

2006-cı ildən Qəzzəyə nəzarət edən Həmas və Fələstin muxtariyyətinin başçısı Fəth də daxil olmaqla 14 fələstinli qrup Çinin vasitəçiliyi ilə “Pekin bəyannaməsi”ni imzalayıb. Son razılaşma ilə tərəflər İsrail-Qəzza müharibəsindən sonra "milli barışıq hökuməti"nin yaradılması və bu hökumətin Qəzzanı idarə edəcəyi barədə razılığa gəliblər. Bəyannamə hələlik yalnız kağız üzərindədir, onun nə vaxt və necə həyata keçiriləcəyi hələ bəlli deyil. Bununla belə, bu, HƏMAS-ın 7 oktyabrda İsraildə həyata keçirdiyi hücumlardan və İsrailin Qəzzada böyük hərbi əməliyyata başlamasından sonra hələ də Fələstin qrupları arasında ən əhatəli razılaşma hesab olunur. 

Mənbə: BBC

Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş