
İngiltərənin Mançester hava limanında polis məmurunun yerdə uzanan kişini təpikləyərək başına vurması görüntülənib. Sosial mediada sürətlə yayılan görüntülərə verilən reaksiyalardan sonra məmur vəzifəsindən uzaqlaşdırılıb. Faktla bağlı araşdırma aparılıb. Videoda uniformalı zabitin yerdə üzü üstə uzanmış kişini iki dəfə vurduğu və tüfəngi doğrultduğu görünür. Həmin şəxsə kömək etmək istəyənləri isə digər zabitlər qışqıraraq uzaqlaşdırıblar. Məsələ ilə bağlı açıqlamasında Mançester polisi iyulun 23-də hava limanında baş verən mübahisədən sonra şübhəli şəxsi saxlamağa çalışarkən odlu silah daşıyan polislərin hücuma məruz qaldığını açıqlayıb. İngiltərədə polisə istiqamətli şikayətlərin araşdırılmasından məsul olan Prezident Ofisinə (IOPC) müraciət edildiyini açıqlanıb. Polis sözçüsü bildirib ki, məmurlar yerli vaxtla saat 20:25-də hava limanındakı mübahisəyə görə hadisə yerində olub. Sözçü üç zabitin şübhəlilərdən birini saxlamağa çalışarkən "şiddətli hücuma" məruz qaldığını və "yumruqla yerə yıxıldığını" bildirib və əlavə edib:
“Müdaxilə edən zabitlər silah gəzdirdikləri üçün hücum zamanı silahlarının əllərindən alınma riski var idi”.
Şahid BBC-yə bildirib ki, məmurlar 20 yaşlarında olan bir kişiyə yaxınlaşıb, ona həbsinə dair orderlərinin olduğunu deyiblər. O bildirib ki, daha sonra başqa bir şəxs "zabitlərə hücum edib" və mübahisə baş verib. Şahid deyib ki, divara sıxılan şəxs "yumruq atmağa" başlayıb, nəticədə tapança ilə vurulub və yerə yıxılıb.
“Polis bu zaman onu təpiklədi” , – o əlavə edib.
Britaniya polisi hadisədən sonra birinin burnu qırılan 3 məmurun müalicə üçün xəstəxanaya aparıldığını açıqlayıb. Açıqlamada, həmçinin "təcili yardım qruplarına hücum" və "polisə mane olmaq" kimi müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən 4 nəfərin nəzarətə alındığı qeyd edilib. Hadisədən sonra Mançester polisi tərəfindən videoda görünən məmurun hərəkətinin səhv olduğunu təstiqlənmiş və vəzifəsinə xitam verilmişdir.
Mənbə: BBC
Tərcümə etdi: Tahirə Bağırzadə
