Üzərində Köktürk hərfi olan taxta çubuq Çinin Taklamakan səhrasının cənubundakı Hotendə tapılıb. Prof. Dr. Erhan Aydın 9-cu əsrə aid olduğunu dediyi çubuqdakı mətni oxuyub.

Dokuz Eylül Universiteti Müəllim Prof. Dr. Erhan Aydın Hotendə tapılan taxta çubuq üzərində türkcə mətni oxudu:
“Aş(ın) kıymetini bil! (anla!). Bu yüzden tok az imiş”
Prof. Dr. Erhan Aydın yazı ilə bağlı bu məlumatları verib:
"Bu taxta parçasının üzərində 16 işarə var. Son iki üst-üstə düşən nöqtə istisna olmaqla, səsə uyğun hərflər var. Üst-üstə düşən iki nöqtə söz ayırıcı və ya cümlənin sonundakı işarə kimi tanınır. Bu göstərir ki, eyni yazı ənənəsi köhnə türk yazılarında da davam edir”.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
