Bu gün:

Rusiya dizel ixracına qadağa qoymağı planlaşdırmır


Rusiya baş nazirinin müavini Aleksandr Novak dizel ixracına qadağa qoymağı planlaşdırmadıqlarını bildirib.

Novak paytaxt Moskvada jurnalistlərə açıqlamasında ölkənin yanacaq bazarı ilə bağlı qiymətləndirmələr edib.

Rusiyanın dizel istehsalının kafi səviyyədə olduğunu vurğulayan Novak, "Ciddi miqdarda istehsal etdiyimiz və hazırda vəziyyət çox stabil olduğu üçün dizel ixracına qadağa qoymayacağıq" -deyib.

Novak iyulun 23-də verdiyi açıqlamada Rusiyada benzin ixracına qoyulan qadağanın avqustun 1-dən yenidən qüvvəyə minəcəyini bildirib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et