Bu gün:

Elon Musk: Uşağımın cinsi şəxsiyyətini dəyişmə prosesində aldadıldım


Kaliforniyada təsdiqlənən gender kimliyi qanunu səbəbiylə SpaceX şirkətini Texasa köçürməyə qərar verən Elon Musk, ən qaynar mövzulardan biri olan mövzu ilə bağlı son açıqlamasında "böyük oğlu" ilə yaşadığı vəziyyəti nümunə göstərdi.

Adını dəyişərək Vivian Jenna Wilson olduğunu açıqlayan və hazırda 20 yaşında olan gənc qadın 2022-ci ildə atası Maskla bütün münasibətlərini kəsib. YouTube yayımında danışan Musk cinsiyyət dəyişdirmə əməliyyatından əvvəl adı Xavier olan övladı ilə birlikdə "aldadıldığını" söylədi. Elon Musk, övladının "intihar edə biləcəyi" deyiləndən sonra narahat olaraq "ərgənlik əngəlləyici dərmanların" istifadəsinə icazə verdiyini söylədi və "Oğlumu buna görə itirdim" dedi. Elon Musk, haqqında yazdığı tərcümeyi-halda Twitter-i satın almaq qərarının arxasında bu  "virusu" məhv etmək vədinin dayandığını ifadə etmişdir. Oksford Lüğətinə görə, wake sözü cinsəllik, cinsi kimlik və irqlə bağlı "oyanmış-məlumatlı" mənasında işlənir. Amerikada 'yeni sol' olaraq da təyin olunan bu qrup, xüsusilə Respublikaçılar tərəfindən 'radikal sol' olduğu üçün tənqid edilir. Sözügedən qanun müəllimlərin şagirdlərin cinsi şəxsiyyət məlumatlarını ailələri ilə paylaşmalarını məhdudlaşdırır. Bu qanun ştatda 7 məktəbdə “valideyn hüquqları hərəkatı” adı altında aparılan kampaniyalar nəticəsində həyata keçirilən qaydalara zidd olaraq hazırlanıb. Bu qaydalar müəllimləri uşaqlar başqa ad və ya cinsiyyət əvəzliyi istifadə edərsə, valideynləri xəbərdar etməyə məcbur edirdi. Bütün ştatda tətbiq olunacaq AB 1955 saylı qanun bu öhdəliyi qüvvədən salır və müəllimlərin ailələrə uşaqlarının cinsi kimliyi ilə bağlı məlumat verməsini məhdudlaşdırır. Qanunu dəstəkləyən LGBTQ hüquqlarını müdafiə edən fəallar tələbələrin şəxsi toxunulmazlıq hüququna malik olduğunu, qanuna qarşı çıxanlar isə “valideynlərin övladlarında baş verən dəyişikliklərlə bağlı məlumat almaq hüququna malik olduğunu” iddia edirlər. Kaliforniya ştatı hökuməti qanunu “siyasətçilərin və məktəb işçilərinin ailə məsələlərinə nahaq müdaxiləsinin qarşısını almaqla uşaq-valideyn münasibətlərini qorumaq” kimi qiymətləndirir. Qanun təsdiqləndikdən sonra Elon Musk "Bu, bardağı daşıran son damladır" dedi və SpaceX-i mühafizəkarların idarə etdiyi Texas əyalətinə köçürmək qərarına gəldi.

Mənbə: BBC

Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et