Bu gün:

Lozanna müqaviləsi niyə vacibdir?


24 iyul 1923-cü ildə imzalanan və sonrakı il qüvvəyə minən və müasir tarixin ən mühüm hüquqi mətnlərindən biri sayılan Lozanna Türkiyə Cümhuriyyətinin təsis müqaviləsi hesab olunur. Türkiyənin son illərdə Lozanna müqaviləsinin yenilənməsi lazım olduğunu müdafiə etməsi Lozannanın nələri ehtiva etdiyi və niyə əhəmiyyətli olduğu suallarını yenidən gündəmə gətirdi. Prezident Rəcəb Tayyib Ərdoğan Qərbi Trakyada yaşayan türk azlığının son illərdə yaşadığı çətinliklərə və Egey dənizindəki vəziyyətlə əlaqədar yaranan problemlərə diqqət çəkib. Yunanıstan hökuməti də Lozannanın "müzakirə edilə bilməyəcəyini" müdafiə edir, Ərdoğan bu gün AKP Parlament Qrupu Toplantısındakı çıxışında "Yunanıstanın bütün addımlarını izləyirik və lazım gəldikdə müdaxilə edirik. Bundan sonra da baxacağıq. Qərbi Trakyadakı Türk azlığına bundan sonra da qol-qanad gərəcəyik"-bildirib.

Mənbə: BBC

Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş
Şərh əlavə et