
Cümə günü açılışdan əvvəl Türkiyə oxatma komandası sıralama atışları üçün tamaşaçıların qarşısına çıxacaq. Oxçuluqda Türkiyənin ilk olimpiya qızıl medalını qazanan Mete Gazoz də cümə axşamı atışmada iştirak edəcək. 2020-ci ildə Tokioda bu uğura imza atan Gazoz da Parisdəki açılışda Türkiyə adına bayraq daşıyacaq iki idmançıdan biri olacaq. Bayrağı daşıyacaq digər şəxs isə 2020-ci ildə Tokioda olimpiya çempionu olmuş boksçu Busenaz Sürmeneli olacaq. 66 kq-da rinqə çıxacaq boksçu avqustun 1-də ilk rəqibi ilə qarşılaşacaq. 2020-ci il Tokio Olimpiadasında 1/4 finalda çıxış edən Türkiyə Qadın Voleybol Komandası ilk dəfə meydançaya çıxacaq. 29 İyul Bazar ertəsi günü medal uğrunda yarışacaq. Türkiyə dünya reytinqində Braziliya və İtaliyadan sonra üçüncü yerdədir.
Mənbə: BBC
Tərcümə etdi: Tahirə Bağırzadə
