Bu gün:

Hatayda 3500 illik mebel alış-veriş lövhəsi tapıldı


Hatayda Aççana Höyükdə aparılan qazıntılar zamanı 3500 illik mebel mübadiləsini əks etdirən Akkad mixi lövhə tapılıb. Hatayın Reyhanlı səmtindəki "Köhnə Alalah" kimi tanınan Aççana Höyükdə aparılan araşdırmalar zamanı çox mühüm məlumat verən lövhə üzə çıxarılıb. İlkin oxunuşlara görə, eramızdan əvvəl 15-ci əsrə aid olan Akkad mixi lövhəsində külli miqdarda mebel alışı haqqında qeydlər var.

Tədqiqatçılar hesab edirlər ki, 28 qram ağırlığında yeni tapılan lövhə Son Tunc dövrünün iqtisadi strukturunu və dövlət sistemini anlamaq üçün yeni perspektiv təklif edəcək. Sözügedən lövhə qədim Alalah şəhəri qazıntıları çərçivəsində zəlzələdən sonrakı bərpa işləri zamanı tapılıb. Ölçüsü 4,2-3,5 sm, qalınlığı 1,6 sm və çəkisi 27,85 qram olan lövhə Con Hopkins Universitetinin professoru Dos. Dr. Jacob Lauinger və onun doktorantı Zeynep Türker tərəfindən öyrənilir. Lövhədəki mixi yazının ilk sətirlərində çoxlu miqdarda taxta masa, stul və stulların alınması qeyd olunur. Tədqiqatçılar lövhədəki nömrələr və bu mebelləri kimin aldığı və ya kimə verildiyi kimi mövzular üzərində işləməyə davam edir.

Mukiş Krallığının qədim Alalah paytaxtı olduğu müəyyən edilən qəsəbə, mixi yazılı sənədləri ehtiva edən saray və məbəd strukturlarına görə Yaxın Şərq və Anadolu arxeologiyasında çox əhəmiyyətli bir mövqeyə malikdir. Arxeoloji ərazidə təxminən 20 ildir aparılan qazıntılarda burada yaşamış Tunc dövrü cəmiyyətinin mədəni və sosial-siyasi quruluşu araşdırılır. Bu yaxınlarda köhnə Alalah şəhərində tapılan başqa bir lövhədə naməlum bir padşaha edilən ödənişlərin yazıldığı anlaşıldı. Sözügedən 3400 illik lövhədə bir krala edilən ödənişlər haqqında məlumat var idi, lakin bu kralın kim olduğu bəlli deyildi. Dos. Dr. Murat Akar, “Bölgədə tarix boyu Mitanni ilə Xet İmperatorluğu arasında döyüş olduğunu və bu mübarizə arasında qalan bölgə krallığının əslində bir zamanlar Hetit və Mitanni imperiyalarına xidmət etdiyini bilirik. Lövhə bu mənada bizim üçün önəmlidir. "Hazırkı kralın kimə xidmət etdiyini də öyrənəcəyik." dedi.

Mənbə: arkeofili.com

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et