
Çinqocalmış əhalisi və zəifləyən pensiya sisteminin öhdəsindən gəlmək üçün növbəti beş ildə qanunla müəyyən edilmiş pensiya yaşını tədricən artıracaq.
Ölkədə gözlənilən ömür uzunluğu 1949-cu ildə kommunist inqilabı zamanı cəmi 36 yaşdan indi ABŞ-dan yuxarı qalxaraq 78 yaşa çatıb.
Lakin Çinin pensiya yaşı dünyada ən aşağı yaşlardan biri olaraq qalır - kişilər üçün 60, ağ yaxalıqda işləyən qadınlar üçün 55 və fəhlə sinfi qadınlar üçün 50.
Pensiya yaşlarının artırılması planı keçən həftə Üçüncü Plenum kimi tanınan Kommunist Partiyasının beş illik yüksək səviyyəli toplantısında qəbul edilmiş bir sıra qətnamələrin bir hissəsidir.
Pensiya yaşının nə qədər və nə vaxta qədər qaldırılacağı dəqiqləşdirilməyib.
Mənbə: BBC
Tərcümə etdi: Nəzri Süleymanova
