Bu gün:

Havanın çəkisi varmı?


Hava dedikdə ağlımıza yağış, qar, dolu kimi hava hadisələri gəlir. Çoxumuz havanı mücərrəd bir anlayış kimi düşünürük.

Amma havanın da çəkisi var.

Trilyonlarla qaz molekulları davamlı olaraq başımıza, mədəmizə, qollarımıza və ayaqlarımıza dəyir. Məsələn, tipik bir azot molekulu otaq temperaturunda saatda təxminən 1650 km sürətlə yanımızdan keçir. Bu enerjili qaz molekulları planetimizin cazibə qüvvəsi ilə yer üzündə saxlanılır. Əks halda, onlar kosmosa qaçar. Atmosferi təşkil edən qazların, yəni havanın 78%-ni azot, 21%-ni isə oksigen təşkil edir. Qalan 1% isə digər qazlardan ibarətdir.

Amma nə qədər yuxarı qalxsan, hava bir o qədər seyrəkləşir. 5500 m yüksəklikdə, dağların zirvələrində hava cəmi 0,5 kq/sm² təzyiq göstərir. Yüksək hündürlükdə başgicəllənmə, nəfəs darlığı və ürəkbulanma kimi şikayətlərlə görülən hündürlük xəstəliyinin səbəbi budur; çünki mövcud oksigenin yalnız yarısını istifadə edə bilirik.

Bütün bu qazların ümumi kütləsi təxminən 5,1 katrilyon tondur (5,1x1018 kiloqram). Dünyanın bu qədər yükü necə daşıdığını düşünürsünüzsə; Atmosferin çəkisi yer üzərində bərabər paylanır. Hava təzyiqi səbəbindən yer üzündə hər 6,5 sm² sahəyə təsir edən qüvvə təxminən 6,8 kiloqram kütləsi olan bir boulinq topunun ağırlığına bərabərdir. Beləliklə, cəmi 6,5 sm² sahədə çiyninizdə dayanan 6,8 kq boulinq topunu təsəvvür edə bilərsiniz.

Hava yalnız başımızın üstündə olsaydı, şübhəsiz ki, bu ağırlığın altında əzilirdik. Ancaq hava hər yerdədir. Alimlərin fikrincə, atmosferin ağırlığı altında əzilməməyimizin səbəbi xaricimizdəki havanın daxilə təzyiq göstərdiyi halda qan təzyiqi ilə yanaşı, bədənimizdəki ağciyər kimi hava ilə dolu orqanların da xaricə təzyiq etməsidir.


Mənbə: bilim up 

Tərcümə etdi: Sevil Azər


Paylaş
Şərh əlavə et