
Co Bayden prezidentliyə namizədliyini geri götürdüyünü elan etdikdən 24 saat keçməmiş vitse-prezident Kamala Harrisin Demokratlar Partiyasının prezidentliyə namizədi olmaq üçün yol açıldı. Bu hadisələrin asan hissəsi ola bilər. Noyabrda Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampı məğlub etmək isə hələ də ən böyük problem olaraq qalır. Son sorğulara görə, Harris keçmiş prezident Trampdan çox az fərqlə geri qalır. Bayden tarixi açıqlamasını verməzdən əvvəl təxminən bu vəziyyətdə idi. Ancaq seçkiyə doğru irəlilədikcə bu rəqəmlərin dəyişməsi ehtimalı hələ də var.
Mənbə: BBC
Tərcümə etdi: Tahirə Bağırzadə
