İran İnqilab Keşikçiləri Korpusu Fars körfəzində yanacaq qaçaqmalçılığı səbəbi ilə Toqo bayrağı altında üzən neft tankerini ələ keçirdiklərini açıqlayıb.

İnqilab Keşikçiləri Ordusu Dəniz Qüvvələrinin İkinci Regional Komandanlığından verilən açıqlamaya görə, Buşehr sahillərində 1,5 milyon litrdən çox qaçaq yanacaq daşıdığı təsbit edilən Toqo bayraqlı neft tankeri ələ keçirilib.
Məhkəmə qərarı ilə tanker Hindistan və Şri-Lanka vətəndaşları olan 12 ekipaj üzvü ilə birlikdə Buşehr sahillərinə aparılıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
