Bu gün:

Adidas Fələstin əsilli Bella Hadidin reklamlarını niyə sildi?


Adidas şirkəti dünyaca məşhur fələstinli supermodel Bella Hadidin yer aldığı reklamları yığışdırıb. Reklamda istifadə edilən ayaqqabıların 1972-ci il Münhen Olimpiadaları üçün istehsal edildiyinə və bu olimpiadalarda fələstinli yaraqlıların 11 israillini öldürdüyünə diqqət çəkən İsrail, Hadidi rəsmi sosial media hesablarında antisemitizmdə ittiham edib. Adidas öz bəyanatında üzr istəyib və Hadidin kənarlaşdırıldığı reklam kampaniyasına "nəzərdən keçiriləcəyini" açıqlayıb.

“Biz tamamilə istəmədən də olsa, faciəli tarixi hadisələrlə əlaqələrin qurulduğunu bilirik və yaranmış hər hansı bir narahatlığa və ya stressə görə üzr istəyirik”, – bəyanatda deyilir. Adidas AFP xəbər agentliyinə Hadidin reklam kampaniyasından uzaqlaşdırıldığını təsdiqləyib.

Mənbə: BBC

Tərcümə etdi: Tahirə Bağırzadə

Paylaş