Bu gün:

Mersində terror təbliğatı aparan 9 nəfər saxlanılıb


Ədliyyə naziri Yılmaz Tunç Mersində bir qrupun separatçı terror təşkilatı təbliğatı aparmasından sonra başladılan istintaqda 9 nəfərin nəzarətə alındığını açıqlayıb.


Ədliyyə naziri Yılmaz Tunç sosial media hesabından verdiyi açıqlamada Mersində separatçı terror təşkilatının qondarma himni qarşısında halay rəqsi edən və şüarlar səsləndirən bir qrupla bağlı Mersin Respublika Prokurorluğu tərəfindən məhkəmə istintaqı başladığını bildirib. 


Kimliyi müəyyən edilən 9 şübhəlinin nəzarətə alındığını, 2 şübhəlinin tutulması istiqamətində işlərin davam etdiyini bildirən Tunç, "Ölkəmizin dincliyini pozmağa çalışan, milli birlik və həmrəyliyimizi hədəf alan hər hansı bir təşəbbüs məqsədinə çatmayacağını” vurğulayıb.


Mənbə: trthaber.com

Tərcümə etdi: Səmayə Qədirova

Paylaş
Şərh əlavə et