ABŞ-nin dövlət katibi Antoni Blinken 2024-cü ildə Aspen Təhlükəsizlik Forumu çərçivəsində keçirilən söhbətdə deyib ki, Birləşmiş Ştatlar gələcəkdə Ukraynaya yardımı dayandıra bilər.

"Əlbəttə, hər bir ABŞ administrasiyasının öz siyasətini müəyyən etmək imkanı var".
ABŞ diplomatı Donald Trampın yenidən prezident seçiləcəyi təqdirdə Vaşinqtonun Ukrayna qarşısında öhdəliklərinə əməl etməyə davam edib-etməyəcəyi sualına cavab verib.
Buna baxmayaraq, Blinken bu yaxınlarda ABŞ və Ukrayna arasında imzalanmış təhlükəsizlik sazişini xatırladıb.
İyulun 18-də ABŞ-nin keçmiş prezidenti Donald Tramp Viskonsin ştatının Milvauki şəhərində keçirilən Respublikaçılar Partiyasının Milli Qurultayında Respublikaçılar Partiyasının prezidentliyə namizədliyini rəsmən qəbul edib. Noyabrın 5-də ABŞ-də prezident seçkiləri keçiriləcək.
Mənbə: TASS.com
Tərcümə etdi: Gülnisə Əfkari
