
Yeni hesabata görə, Vyetnam və Tayland Cənub-Şərqi Asiyada ən sürətlə böyüyən iki e-ticarət bazarı olaraq ortaya çıxdı.
Vətəndaşlara və müştərilərə daha yaxşı xidmət göstərmək üçün İKT ilə bağlı məlumatların paylaşılmasına həsr olunmuş məzmun platforması olan OpenGov Asia tərəfindən bu yaxınlarda yayımlanan hesabat Vyetnamın Filippini keçərək regionda üçüncü ən böyük elektron ticarət bazarına çevrilməsini vurğulayır.
Ötən il Cənub-Şərqi Asiyanın ən yaxşı səkkiz elektron ticarət platformasının ümumi ümumi məhsul dəyəri (GMV) illik müqayisədə 15% artımla 114,6 milyard ABŞ dollarına çatıb. Makroiqtisadi çətinliklərə baxmayaraq, Cənub-Şərqi Asiyanın e-ticarət sektoru davamlı artım nümayiş etdirdi, bu ilki GMV-nin 2020-ci ilə nisbətən iki dəfə artacağı proqnozlaşdırılır.
Mənbə: Vnexpress
Tərcümə etdi: Nəzri Süleymanova
