Bu gün:

Səs dalğaları neçə yaranır?


Havadakı təzyiq dalğaları səs dalğalarının yaranmasına səbəb olur. Bununla belə, səs dalğaları suda və bərk cisimlərdə də yarana bilər. Səsin sürəti onun keçdiyi temperatur və mühitdən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir.


Səs dalğa hesab olunur, lakin o, işıq kimi elektromaqnit şüalanma forması deyil. Bunun əvəzinə səs, yaşadığı mühitin bir şəkildə təhrif edildiyi zaman meydana gələn bir təzyiq dalğasıdır. Səs vakuumda yayıla bilməz, çünki onu yaratmaq və yaymaq üçün mühit lazımdır. Buna görə də kosmosda səs yoxdur.

Səsin sürəti keçdiyi mühitin sıxlığından asılı olaraq dəyişir. Səs dalğası bir mühitdən digərinə keçdikdə dalğanın çox hissəsi əks olunur. Buna görə də, nazik maneələr əksər səsləri effektiv şəkildə blok edə bilər.

Atmosferin yuxarı qatında səsin sürəti aşağıdır ki, bu da bəzi təyyarələrdə problemlər yaradır.


Mənbə: 411answers

Tərcümə etdi: Aysel Qasımova

Paylaş
Şərh əlavə et