Bu gün:

Saçımızın funksiyaları nələrdir?


İnsan saçı bədən istiliyini tənzimləyən bir vasitə kimi fəaliyyət göstərir.

Saç bədən üçün izolyasiya rolunu oynayır. Bir şəxs soyuqlaşdıqda, bədən tükləri ayağa qalxır, əlavə izolyasiya təmin edir və bədən istiliyini artırır. O, həmçinin bədənin yanındakı isti havanı tutur və istilik itkisini azaldır.Qulaqlarda və göz ətrafındakı tüklər yad maddələrin bədənə daxil olmasına mane olur. Qaşlar gözə daxil olan işığın miqdarını azaldır.
Saç keratin adlı güclü zülaldan ibarətdir. Onun əsası dəriyə saç lampası adlanan tük follikülü ilə bağlıdır. Dəridəki qan damarları saç köklərini və follikullarını qidalandırır və hər bir saç teli həyatın müxtəlif mərhələlərində saçın quruluşunu və böyüməsini təyin edən hormonlarla aşılanır. Yeni saçlar böyüməyi dayandırana qədər illər boyu uzanır və nəticədə tökülür.
Saç rəngi melanin adlı piqment hüceyrələrinin olması ilə müəyyən edilir. İnsan yaşlandıqca bu piqment hüceyrələri ölür və saçlar ağarır. Müasir cəmiyyətdə saçlar əsasən kosmetikdir və insanın görünüşünə böyük töhfə verir.

Mənbə: 411answers

Tərcümə etdi: Aysel Qasımova

Paylaş
Şərh əlavə et