Bu gün:

Microsoft-dan texniki nasazlıqla bağlı açıqlama


Microsoft bildirib ki, Microsoft 365 tətbiq və xidmətlərinə girişdə fasilələr olub, lakin yumşaldıcı tədbirlər davam edərkən, xidmətlərə çıxışda yaxşılaşma müşahidə olunur.

Microsoft 365-in internet saytındakı açıqlamada, Microsoft 365 tətbiqləri və xidmətləri üçün təsir azaltma işlərinin davam etdiyi ifadə edilib.

Açıqlamada, mövcud problemin müxtəlif Microsoft 365 tətbiq və xidmətlərindən istifadə etməyə çalışan bütün istifadəçiləri təsir edə biləcəyi ifadə edilib və Microsoft Defender, Microsoft Teams, Microsoft Purview və OneDrive-ın təsirlənən proqram və xidmətlər arasında olduğu bildirilib.

Problemin əsas səbəbi Azure bulud sistemində konfiqurasiya dəyişikliyi səbəbindən saxlama və hesablama resursları arasında fasilə olub.

"Bizim xidmətlərimiz yumşaldıcı tədbirlər görməyə davam etdikcə davamlı təkmilləşdirmələr görürük" deyə bəyanatda bildirilir. 

Microsoft-u kibertəhlükəsizlik proqram təminatı ilə təmin edən CrowdStrike sistemlərində yaranan nasazlıqdan sonra bütün dünyada biznesə təsir edən böyük fasilə yaranıb.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et