Tarix boyu insanlar həmişə quşlara həsədlə baxmış və cazibə qüvvəsinin əsiri olmadan istədikləri yerə sərbəst uçmağı düşünmüşlər. Uçmaq xəyalı bəşəriyyət tarixi qədər qədim olsa da, bu tarixin çoxu insanların quşları təqlid etməyə çalışdığına dair uğursuz nümunələrlə doludur.

İnsanların uçmaq arzusuna səbəb olan quşlar elə xüsusiyyətlərə malikdirlər ki, təəccüblənməmək mümkün deyil. Təyyarədə olanlar bilirlər ki, əgər səfər uzun sürəcəksə, müəyyən hündürlükdən sonra təyyarəyə nəzarət avtopilotun ixtiyarına verilir. Məsələn, Albatroslar; Sonsuz okeanların sərnişinləri kimi tanınan albatroslar uzun uçuşlarında avtomatik pilotla səyahət edirlər. Maraqlısı odur ki, onlar uçuş zamanı yata bilirlər.
Albatros quşu bir çoxumuzun ilk dəfə eşitdiyi və adını oxumaqda belə çətinlik çəkdiyimiz quş növüdür. Albatros, Diomedeidae ailəsini təşkil edən quş növlərinə verilən addır. Albatros quşlarının bütün bədəni ağ rəngdədir. Yalnız qanadları rənglidir. Çox nadir olsa da, boz və qəhvəyi olanlar da var. Dünyanın ən böyük qanadlı quşu kimi tanınır. Geniş qanadları və xüsusi sümük sistemi sayəsində səmada saatlarla uça bilir. Albatros quşunun qanadları 3,5 metrə çata bilər. Onlar əsasən açıq dənizlərdə yaşayan və suda yatan pelagik quşlardır. Bütün qidalarını sudan alırlar. Dimdiklərindəki böyrək kimi quruluş sayəsində duzlu suyu təmizləyib içə bilirlər. Albatros quşlarının çəkisi 200 qram ilə 500 qram arasında dəyişir. İldə cəmi 1 yumurta qoyurlar və bir-birlərinə son dərəcə hörmətlə yanaşan bu quşlar yumurtalarını bir həftə ara ilə ardıcıl olaraq ortaq olaraq inkubasiya edirlər. Birdən yerdən qalxa bilmədiklərinə görə uzun müddət qaçmalı və ya yüksək yerlərdən tullanmalı olduqları üçün quruya ancaq yumurta qoymaq və inkubasiya etmək üçün gələ bilərlər. Onların inkubasiya müddəti 2,5-3 aydır.
Albatros quşlarının digər xüsusiyyətləri:
• Onlar quruya ayaq basmadan 10 il yaşaya bilirlər.
• Uzun müddət havada çırpınmadan uça bilmələrinin səbəbi qanadlarının qabırğalı bir quruluşa sahib olmasıdır. (Çiyin Kilidi Sistemi) Bu şəkildə qanadları açıq olduqda heç yorulmazlar.
• Onlar ovlamaq və hətta soyuq okeanlarda yatmaq üçün dənizin 10-15 metr dərinliyinə dala bilərlər.
• Ömrünün ilk illərini uzun müddət təkbaşına keçirən albatros quşları yetkinlik yaşına çatana qədər tənha qalırlar. Uyğun həyat yoldaşı tapdıqdan sonra ömrünün qalan hissəsini ancaq həyat yoldaşı ilə keçirir.
• Həm ana, həm də ata yeni doğulan körpəni həzm etdikləri qida ilə qidalandırır və böyüdürlər.
• Bu quşların ömrü 70-80 ildir.
Mənbə: Vetrehberi
Tərcümə etdi: Aysel Qasımova
