Bu gün:

Golden Gate körpüsünün inşası


Golden Gate körpüsünün məqsədi San-Fransiskonu Kaliforniyanın Marin qraflığı ilə birləşdirməkdir. Körpü 1937-ci ildə açılmazdan əvvəl indiki Marin qraflığı və San-Fransisko körfəzindən keçən bərə idi. O zaman San Fransisko ABŞ-ın əsasən bərə ilə çatdığı ən böyük şəhər idi.

Körfəz boyunca bərə xidməti təxminən 1820-ci ildə başladı. 1920-ci illərin sonlarında Golden Gate Ferry Company dünyanın ən böyük bərə əməliyyatı idi. Körpü tikilməzdən əvvəl San-Fransiskonun böyümə sürəti orta səviyyədən aşağı idi, çünki şəhərin körfəz ətrafındakı digər şəhərlərə asan marşrutu yox idi.Bəzi ekspertlər körfəz üzərində 6700 fut enində körpünün tikilməsinin qeyri-mümkün olduğuna inanırdılar. Körfəzdə güclü cərəyanlar var idi və su mərkəzdə 372 fut dərinliyə çatdı. Bəzi ekspertlər tez-tez əsən güclü külək və dumanın körpünün tikintisinə və istismarına mane olduğunu düşünürlər.
1933-cü ildə Golden Gate körpüsünün tikintisinə başlanıldı. Mühəndis Cozef Ştrauss körpünün layihəsini hazırlayıb. Körpünün tikintisi dörd il, minlərlə işçi və 35 milyon dollar çəkdi. 1937-ci ilin mayında 18.000 adam körpüdən keçdi, ertəsi gün isə nəqliyyata açıldı.

Mənbə: 411answers

Tərcümə etdi: Aysel Qasımova

Paylaş
Şərh əlavə et