Ay fiziki olaraq formasını dəyişmir. O, dünyanı gəzərkən mərhələlərdən keçir və günəş işığı və kölgələr hər gecə bir az fərqli görünüş yaradır. Ayın öz fazalarını tam dövrə vurması üçün təxminən bir ay vaxt lazımdır.

Günəş sistemindəki bütün planetlərdə və digər səma cisimlərində olduğu kimi, Ay da öz işığını yaymır, Günəş işığını əks etdirir.
Ay tutulması zamanı ay bir neçə saat ərzində bütün mərhələlərini keçir. Ay tutulması Ayın Yerin kölgəsinə tədricən daxil olması, keçməsi və ayrılması zamanı baş verir. Günəş işığının kiçik bir hissəsi Yerin ətrafına dolanaraq Ayın səthini əks etdirdiyi üçün Ay tez-tez Günəş tutulması zamanı qanlı Ay adlanan qırmızı rəng alır. Ay Yerlə Günəş arasında tam olaraq yerləşdikdə, bəzən qismən və ya tam olaraq Günəş tutulması baş verir.
Mənbə: 411answers
Tərcümə etdi: Aysel Qasımova
