Bu gün:

Avropada şirkətlər iş yerlərini ixtisar etməyə davam edir


Avropada Rusiya-Ukrayna müharibəsinin iqtisadiyyatlara davam edən təsiri, eləcə də yüksək faiz dərəcələri və azalan istehlak tələbi bank, istehsal, informasiya texnologiyaları, əczaçılıq və pərakəndə satış sektorundakı şirkətləri işə qəbulu dondurmağa və ya işçilərin ixtisarına məcbur edir.

Əsas mərkəzi bankların, xüsusilə ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dövrü ilə bağlı gözləmə rejimində olması və makroiqtisadiyyatda artan geosiyasi gərginliyin yaratdığı qeyri-müəyyənlik səbəbindən getdikcə daha çox şirkət öz faiz dərəcəsini azaltmağa çalışır. 

Yüksək inflyasiya və faiz dərəcələri səbəbindən iqtisadiyyatda durğunluq Avropanın bir çox aparıcı şirkətlərində də satışların və mənfəətin azalmasına səbəb olur.

Demək olar ki, bütün sektorlara, xüsusən də əczaçılıq, kimya, bankçılıq, istehsalat, texnologiya və avtomobil sektorlarına yayılan ixtisarlara son olaraq, baş ofisi İngiltərədə yerləşən Unilever, Avropadakı bütün ofis işçilərinin üçdə birini (təxminən 3,200) 2025-ci ilin sonuna qədər ixtisar edəcək.

Qlobal banklar keçən il 60 mindən çox insanı işdən çıxarsalar da, bu il iqtisadiyyatdakı tənəzzül səbəbindən mənfəət marjalarını qoruyub saxlamağa çalışmaq üçün yenidən strukturlaşırlar.

Bu yaxınlarda İspan Sabadellinə bağlı Britaniya bankı TSB mayın 8-də 250 nəfəri işdən çıxaracağını və 36 filialını bağlayacağını açıqlayıb.

Finlandiyanın dağ-mədən avadanlıqları istehsalçısı Metso şirkəti yenidən strukturlaşdırmaq və səmərəliliyi artırmaq üçün 240 işçisi ilə yollarını ayırmaq qərarına gəlib.

Alman polad istehsalçısı Thyssenkrupp-un material ticarəti bölməsi olan Schulte də 450 işçisini işdən çıxaracağını açıqlayıb.

Belçikanın metal emalı şirkəti Umicore, 2027-ci ilə qədər Almaniyanın avtomobil katalizatorları bölməsində mövqelərini 14 faiz azaltmağı planlaşdırdığını söyləyib.

Polşanın ən böyük yük şirkəti PKP Cargo, işçilərinin təxminən 30 faizi ilə yollarını ayıracağını açıqlayıb.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et