Bu gün:

İsrailin Qəzzada bir avtomobili hədəf alması nəticəsində 3 nəfər ölüb


İsrailin Qəzza zolağının mərkəzi hissəsindəki Deyr-Belah şəhərində bir avtomobili hədəf alması nəticəsində 3 fələstinli həlak olub.

Qəzzadakı Mülki Müdafiə Birliyi İsrail döyüş təyyarələrinin Deyr-Belah şəhərində bir avtomobili hədəf aldığını açıqlayıb.

Açıqlamada hücum nəticəsində 3 fələstinlinin öldüyü, yaralananların olduğu qeyd edilib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə


Paylaş
Şərh əlavə et