Türkiyənin qızılbalıq ixracatı ilin ilk 6 ayında illik bazda yüzdə 26 artaraq 204 milyon 291 min dollara çatarkən, türk qızılbalığı 41 ölkədə alıcı tapıb.

Şərqi Qara Dəniz İxracatçılar Birliyinin (DKİB) məlumatlarından toplanan məlumata görə, daxili sularda qurulan təsərrüfatlarda müəyyən çəkiyə çatdıqdan sonra Qara dənizdə dəniz qəfəslərinə köçürülərək yetişdirilən türk qızılbalığının ixracı, 2023-cü ilin yanvar-iyun aylarında 162 milyon 661 min 489 dollar ikən, bu ilin eyni dövründə 162 milyon 661 min 489 dollara çatıb.
İxrac edilən məhsulların miqdarı 22 min 566 tondan 36 min 490 tona yüksəlib.
Belə ki, türk qızılbalığı ixracatı ilin birinci yarısında keçən ilin eyni dövrü ilə müqayisədə kəmiyyət etibarilə yüzdə 62, dəyər baxımından isə yüzdə 26 artıb.
Türk qızılbalığı Rusiya Federasiyası başda olmaqla 41 ölkəyə satılıb.
Bu dövrdə Türkiyədən Rusiya Federasiyasına 122 milyon 895 min 861 dollar dəyərində 24 min 91 ton qızılbalıq ixrac edilib.
Rusiya Federasiyasını 16 milyon 924 min 390 dollarla Almaniya və 13 milyon 562 min 131 dollarla Vyetnam izləyib.
Yanvar-iyun dövründə Rusiya Federasiyası başda olmaqla 19 ölkəyə 81 milyon 24 min 158 dollar dəyərində 15 min 59 ton qızılbalıq satılıb.
“Biz Asiya bazarında daha çox pay əldə etmək üçün səylərimizi davam etdirəcəyik”.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
