Yer atmosferində karbon qazının konsentrasiyası təbii olaraq maye halına salındığından daha yüksəkdir. Mayedə sıxılmış karbon qazı hava ilə təmasda olarsa, havadakı konsentrasiyasına çatmaq istəyəcək. Bu, qazın sürətlə çıxmasına və içkidən kiçik CO2 baloncuklarının ayrılmasına səbəb olur.
Qazlı içkilərin soyuq içilməsinin səbəbi karbon qazının aşağı temperaturda suda daha yaxşı həll olmasıdır. Çünki; Mayenin qızdırılması qazın məhluldan çıxmasına səbəb olur. İçkinin üstündəki boşluq, adətən, standart atmosfer təzyiqindən bir qədər yüksək olan karbon qazı ilə doldurulur. Bu vəziyyət, mayedə həll olunan qazın miqdarının mayenin ətrafındakı eyni qazın təzyiqinə mütənasib olduğunu bildirən Henri qanunu ilə izah olunur. Henri qanununa görə, içkidə həll olunan karbon qazı kiçik təzyiq fərqinə görə mayedə qalır. Əgər banka və ya butulka açılmazdan əvvəl silkələnirsə, mayenin içindəki qaz çıxa bilər və içkinin üzərindəki qazla birləşə bilər ki, bu da qazın maye üzərində təzyiqini artırır və açıldıqda qazın fışqırmasına səbəb olur.
Qazlı içki stəkana töküldükdə, daha da qazlaya, ətrafa baloncukları səpələyə bilər, çünki tökmə hərəkəti mayenin səthini xeyli artırır. Səth sahəsi artdıqca qazın çıxması üçün daha çox zəmin yaranır. İçkini daha uzun müddət qazlı saxlamağın, tökərkən qazın miqdarını azaltmağın yolu onu stəkanın kənarından tökməkdir. Bu, dağılmanın səthini xeyli azaldır və CO2 bir müddət mayedə saxlanılır.
Mənbə: BilimUP
Tərcümə etdi: Günay Məmmədova
