Bu gün:

Moskva yaxınlığındakı təyyarə qəzası araşdırılacaq


Rusiya İstintaq Komitəsi cümə günü Moskva yaxınlığında baş verən təyyarə qəzasını araşdıracaq.

"Cümə günü Moskva yaxınlığında baş vermiş təyyarə qəzasını Rusiya İstintaq Komitəsinin mərkəzi ofisi araşdıracaq",- deyə hüquq-mühafizə orqanlarının rəsmisi TASS-a bildirib.

Polis əməkdaşı əlavə edib ki, hadisə yerində araşdırma başlayıb.

O, pilotların cəsədlərinin tapıldığını, lakin onların şəxsiyyətini müəyyən etmək üçün molekulyar və genetik analizlərin aparılmasına ehtiyac olduğunu bildirib.

Dövlətlərarası Aviasiya Komitəsinin (IAC) rəsmisi TASS-a bildirib ki, komitə bazar ertəsi qəzaya uğramış təyyarənin qara qutularını deşifrə etməyə başlayacaq.

Cümə günü günortadan sonra “Qazpromavia” Aviasiya Şirkətinə məxsus “Sukhoi SuperJet 100” (SSJ 100) Vnukovo hava limanına gedən Luxovitsı obyektində texniki xidmətdən sonra səmaya qalxıb, lakin Kolomna şəhər rayonunun Bolşoy Karasevo kəndi yaxınlığındakı meşədə qəzaya uğrayıb. Təyyarədə olan üç ekipaj üzvü həlak olub.

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et