Edvard Avebva prezident Yoweri Museveni və ailəsinə qarşı nifrət nitqi və “çalışdırıcı və zərərli” məlumatlar yaymaqda ittiham olunur .

BBC-nin məlumatına görə , məhkəmə 24 yaşlı Awebwa-nın vergilərdə artım olacağını deyərək "zərərli" məlumat yaydığına qərar verib.
Altı il həbs cəzası alan Awebwa günahını etiraf etməli və əfv istəməli olub. Lakin baş hakim 24 yaşlı Avebvanın üzrxahlığını qeyri-real hesab edib və o, əməlindən peşman olmadığını bildirib: “O, növbəti dəfə prezidentə və onun ailəsinə hörmət etmək üçün bir dərs kimi bu hökmü almalıdır”.
Prezident Museveni 1986-cı ildən, 38 ildir ki, Uqandaya rəhbərlik edir. Yəni onu təhqir etdiyinə görə 6 il həbs cəzası alan Awebvanın doğulmasından 14 il əvvəl hakimiyyətə gəlib.
Uqandanın insan hüquqları və ifadə azadlığı faylı uzundur. Məsələn, 2022-ci ildə Uqanda mükafatlı yazıçı Kakwenza Rukirabashaija X-də prezident və oğlu haqqında söylədiyi ifadələrə görə "aqressiv ünsiyyət " ittihamı ilə həbs cəzasına məhkum edildi və həbsxanada işgəncələrə məruz qaldığını söylədi.
Mənbə: diken.com.tr
Tərcümə etdi: Aydan İbrahimli
