Bu gün:

Quduzluq nədir?


Quduzluq nədir?

Quduzluq bəşər tarixində əsrlər boyu qorxulu və ölümcül bir xəstəlikdir. Bu virus sinir sisteminə təsir edərək, ciddi beyin zədələnməsinə və nəticədə ölümə səbəb olur. Quduzluq adətən vəhşi heyvanlardan insanlara dişləmə ya da tüpürcək yolu ilə ötürülür və hələ də bütün dünyada ciddi sağlamlıq problemi hesab olunur.

Bu gün quduzluğa qarşı mübarizə və qarşısının alınması üçün effektiv üsullar işlənib hazırlanmışdır. Bunlardan birincisi quduzluğa qarşı peyvənddir. Quduzluq peyvəndi quduz virusu ilə təmasdan sonra yoluxma riskini azaldır və həyat qurtaran müalicə kimi tanınır.

Quduzluq insanlar və digər məməlilər arasında ölümcül virus infeksiyasıdır. Bu xəstəliyə adətən quduzluq virusu səbəb olur. Quduzluq virusu Lyssavirus cinsinə aid olan RNT virusudur və vəhşi heyvanlardan insanlara dişləmə və ya tüpürcək yolu ilə ötürülür.

İnsan bədəninə daxil olduqdan sonra quduzluq mərkəzi sinir sisteminə (beyin və onurğa beyni) təsir edir, bu vəziyyət beynin zədələnməsinə və nəticədə ölümə səbəb olur.

Quduzluq virusu insanlara yoluxmuş heyvan dişlədikdə, kəsik və ya cızıq vasitəsilə tüpürcəklə təmasda olduqda keçir.

Quduzluq virusuna yoluxmuş heyvanın tüpürcəklərində rast gəlinir. Buna görə də dişləmə yolu ilə əldə edilən virus qan damarlarına keçir və sinir sisteminə doğru irəliləyir. Burada sinir hüceyrələrini yoluxdurur, mərkəzi sinir sisteminə çatır və beyin zədələnməsinə səbəb olur.

Quduzluğun simptomları əvvəlcə yüngül qrip simptomları kimi görünür. Bundan sonra nevroloji simptomlar da inkişaf edir.

Bu əlamətlər arasında; udmaqda çətinlik, yüksək hərarət, narahatlıq, həyəcan, zəiflik və baş ağrısı vardır.  Xəstəlik irəlilədikcə quduzluq əlamətləri kəskinləşər, iflic, kramp, delirium və huşunu itirmə kimi ciddi nevroloji problemlər yarana bilər.

Quduzluq peyvəndi quduzluq riski altında olan və ya quduz virusu ilə təmasdan sonra qorunmağa ehtiyacı olan insanlara verilir.

Quduzluğun yayılmasının qarşısını almaq üçün heyvanların peyvənd edilməsi və təmas riskinin azaldılması kimi müxtəlif ehtiyat tədbirləri görülməlidir.


Mənbə: medicalpark 

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et