Bu gün:

Dəfnə yarpağının faydaları nələrdir?


Dəfnə yarpağının faydaları nələrdir?

Bitkilərdən keçmişdən bu günə qədər bütün dünyada müxtəlif məqsədlər üçün geniş istifadə olunur. Dərman aromatik bitkilər adlanan bu bitkilər ənənəvi olaraq müxtəlif xəstəliklərin müalicəsində təsirli olurlar. Avropa, Asiya və tropik bölgələrdə yetişdirilən dərman bitkisi olan dəfnə yarpağının 2500 müxtəlif növü vardır. Aralıq dənizi iqliminə uyğun olan və il boyu həmişəyaşıl olan bitkidir. Dünya miqyasında müxtəlif kulinariya mədəniyyətlərində saxlama, bişirmə və ətirli məqsədlər üçün istifadə olunur. Bundan əlavə, kosmetika, kimya və əczaçılıq sənayesində mühüm yer tutur. 


Acı və ədviyyatlı ətirli olduğu üçün bir çox yeməklərin dadına töhfə verir. Onu çeynəmək və həzm etmək çətindir. Bu səbəbdən yemək zamanı əlavə edilən dəfnə yarpaqları süfrəyə verilməzdən əvvəl qabdan ayrılır. Dəfnə yarpağı ailəsi ümumiyyətlə oxşar dad və qida dəyərlərinə malikdir. Tərkibində əsasən antosiyaninlər, flavonlar və flavonoidlər, taninlər, alkaloidlər, eugenol və linalool adlı bioaktiv birləşmələr var. Bu birləşmələrin nisbətləri torpaq növündən, suvarma və budama üsullarından, hava şəraitindən asılı olaraq dəyişir. 


Dəfnə yarpağının qida dəyəri nədir?

Bir qram dəfnə yarpağı:

54 kalori, 1-1,2 q protein

Tərkibində 12-13 qram karbohidrat var.


Dəfnə yarpağının faydaları nələrdir?

Dəfnə yarpağı A, C və B6 vitaminlərinin mənbəyidir. Bundan əlavə, tərkibində kalsium, dəmir, manqan, mis və maqnezium var. Tərkibindəki vitamin və mineral tərkibinə əlavə olaraq, lif və antioksidant birləşmələri ehtiva edir. Bu komponentlərlə dəfnə yarpağı immunitet sistemini dəstəkləməyə kömək edir. Bədəndə antibakterial, antiviral və antifungal kimi fəaliyyət göstərir. Buna görə də, bədəndəki iltihabı azaltmağa və yaraların sağalmasına kömək edir. Dəfnə yarpağı iştah açıcı, həzm, əzələ rahatlatıcı və insektisid xüsusiyyətlərə malikdir. Bundan əlavə, yarpaqlarından hazırlanan qarqara dişlərin çürüməsinin qarşısını alır və yarpaqlarını çeynəməklə ağız qoxusunu aradan qaldırır.


Mənbə: medicalpark 

Tərcümə etdi: Nuray Mürsəlova

Paylaş
Şərh əlavə et