Bu gün:

İtaliyada Etna dağı yenidən lava püskürüb


İtaliyanın cənubundakı Etna dağı son həftələrdəki vulkanik fəaliyyətindən sonra gecədən səhərə qədər yenidən kül və lava püskürüb.

İtaliyada son günlər vulkan püskürmələrinin baş verdiyi Voragine adlı krater gecə saatlarında yenidən kül və lava püskürməyə başlayıb. Kraterdə vulkan püskürmələri səhər saatlarına qədər davam edib.

İtaliya mətbuatında yer alan xəbərdə Etnadakı vulkan püskürmələri səbəbiylə Kataniya Fontanarossa Hava Limanına eniş etməli olan bəzi təyyarələrin yaxınlıqdakı Palermoya istiqamətləndirildiyi, bəzi uçuşların isə gecikdirildiyi bildirilib.

Mənbə: TRT Haber

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et