Cənubi Koreyada bir siyasətçi kişi intiharlarının artmasını qadınların cəmiyyətdə getdikcə “dominant” rolu ilə əlaqələndirdikdən sonra təhlükəli və əsassız şərhlərə görə tənqid olunur.

Seul şəhər məclisinin üzvü Kim Ki-Duk bir hesabatda iddia etdi ki, qadınların işçi qüvvəsində illər ərzində artan iştirakı kişilərin iş tapmasını və onlarla evlənmək istəyən qadınları tapmasını çətinləşdirib.
O, ölkənin bu yaxınlarda "qadınların dominant cəmiyyətə çevrilməyə başladığını" və bunun "kişilərin intihar cəhdlərinin artmasına qismən səbəb ola biləcəyini" söylədi.
Cənubi Koreya dünyanın zəngin ölkələri arasında ən yüksək intihar nisbətinə malikdir, eyni zamanda gender bərabərliyi üzrə ən pis rekordlardan birinə malikdir.
Mənbə: bbc.com
Tərcümə etdi: Nəzri Süleymanova
