Cənubi Koreyanın paytaxtı Seulda avtomobil izdihamın üzərinə sürüb, azı 9 nəfər ölüb, polis bildirib. Onlar əlavə ediblər ki, yol-nəqliyyat hadisəsi yerli vaxtla saat 21:30-da (BST 13:30) baş verib.

Yonhap xəbər agentliyinin verdiyi məlumata görə, 60 yaşlarında olduğu güman edilən şəxs avtomobili dayanacaqda gözləyən piyadaların üzərinə sürüb. Ən azı daha dörd nəfər xəstəxanaya aparılıb. Polis hadisənin araşdırıldığını bildirsə də, zərərçəkənlərin sayının arta biləcəyi barədə xəbərdarlıq edir.
Yerli KİV-in məlumatına görə, avtomobil yanlış istiqamətdə hərəkətdə olub və piyadalarla təmas etməzdən əvvəl digər iki avtomobilə çırpılıb.
Polis qəzanın Seul meriyasının yaxınlığındakı kəsişmədə baş verdiyini bildirib. Hadisə yerində nəzarətə alınan sürücünün avtomobilin qəfil sürətləndiyini polisə bildirdiyi bildirilir.
6 nəfər hadisə yerində, daha 3 nəfər isə aldığı xəsarətlərdən sonra dünyasını dəyişib.
Mənbə: BBC
Tərcümə etdi : Nəzri Süleymanova
