Bu gün:

İsgəndər ekipajının zərbəsi Odessa yaxınlığında Patriot hava hücumundan müdafiə sisteminin iki buraxılış qurğusunu məhv edib


“İsgəndər” kompleksinin ekipajı Odessa vilayətində “Patriot” zenit-raket komplekslərinin iki buraxılış qurğusunu və “Zürafə” radarını məhv edib, Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"İsgəndər əməliyyat-taktiki kompleksinin ekipajı Odessa vilayətinin Yujnoye kəndi yaxınlığında Ukrayna silahlı qüvvələrinin "Patriot" zenit-raket kompleksinin batareyasının mövqeyinə hücum edib. Zərbə nəticəsində iki "Patriot" hava hücumundan müdafiə sistemi raket buraxılış qurğuları və “Zürafə” radarı məhv edilib”, - nazirlik bildirib.

Mənbə: TASS.com

Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et