Navarranın hamisi müqəddəs Ferminin şərəfinə keçirilən festival təxminən bir həftə davam edəcək
İspaniyanın Pamplona şəhərində keçirilən San Fermin festivalı çərçivəsində bu il öküz qaçışında ən azı altı nəfər xəsarət alıb.
Yarış yerli vaxt ilə saat 08:00-da başlayıb və təxminən üç dəqiqə davam edib.
Navarranın hamisi müqəddəs Ferminin şərəfinə keçirilən festival təxminən bir həftə davam edəcək. Bu müddət ərzində yüzlərlə insan azad edilmiş heyvanlar tərəfindən təqib edilir.
Yarışda həm yerli sakinlər, həm də turistlər iştirak edə bilər. Çox vaxt onlardan bəziləri öküzlərdən qaçarkən hadisəni daha da gözəlləşdirmək üçün bilərəkdən heyvanlardan minimum məsafə saxlayırlar. Encierroda iştirak etməyə cəsarət etməyənlər tamaşanı təhlükəsiz yerdən izləyə bilərlər. Hər il festival zamanı yarış iştirakçılarının xəsarət alması halları olur.
Mənbə: Tass.com
Tərcümə etdi: Bənövşə Bağırova
