Səlahiyyətlilər bildiriblər ki, alkoqolun təsiri altında olmaqda şübhəli bilinən sürücü cümə günü Aşağı Manhetten parkında 4 iyul bayramını qeyd edən izdihamın üzərinə sürməsi nəticəsində üç nəfərin ölümünə və yeddi nəfərin yaralanmasına səbəb olduqdan sonra nəzarətə götürülüb.

Nyu-York polis rəisi Cefri Maddrey deyib ki, Ford F-150-ni idarə edən şəxs cümə axşamı axşam saat 9 radələrində dayanma işarəsindən keçərək səkiyə çıxıb, Aşağı Şərq tərəfindəki Corlears Hook Parkında toplaşan insanları vurub.
Mənbə: Reuters.com
Tərcümə etdi: Nəzri Süleymanova
