Trabzonun Yomra rayonunda avtomobilin aşması nəticəsində 7 nəfər xəsarət alıb.

Özdil məhəlləsindən rayon mərkəzinə doğru hərəkət edən F.T. Onun idarə etdiyi avtomobil döngəyə tab gətirə bilməyib və aşıb.
Qəzada sürücü və avtomobildə olan 6 nəfər yaralanıb.
Xəbər üzərinə hadisə yerinə gələn sağlamlıq qruplarının müdaxiləsinin ardından yaralılar təcili yardımla rayon xəstəxanasına aparılıb.
Yaralıların sağlamlıq vəziyyəti yaxşıdır.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
