Bu gün:

Marsda bitki tapılıb


Alimlər Marsda yaşaya bilən yosun növlərini müəyyən ediblər. Sərt hava şəraitinə dözə bilən bu qırmızı planetdə insan üçün yeni həyat işığı görünür.

Temperaturun -153 dərəcəyə qədər düşə bildiyi Marsda insanların yaşaması üçün uyğun şərait olduğunu söyləmək olmaz. Onun nazik atmosferi Günəşdən gələn istiliyi saxlaya bilməz və planeti ultrabənövşəyi şüalardan qoruya bilməz. 

Alimlər daha əvvəl Mars mühitində yaşaya bilən müxtəlif mikroorqanizmləri, yosunları və likenləri sınaqdan keçiriblər. Dünən nəzərdən keçirilən “The Innovation” jurnalında dərc edilən araşdırmada ilk dəfə olaraq bütöv bir bitkinin ağır şəraitdə yaşayıb-yaşamayacağı araşdırılıb. 

Səhra mamırı Syntrichia caninervis Antarktidadan Moxave səhrasına qədər müxtəlif mühitlərdə yaşaya bilir . Yeni araşdırmada tədqiqatçılar bu bitkinin -196 dərəcəyə və yüksək səviyyəli qamma şüalanmasına da tab gətirə biləcəyini göstəriblər. 

Komanda əvvəlcə mamırı 5 ilə qədər -80 dərəcədə, sonra isə -196 dərəcədə 30 günə qədər saxlayıb. Dondurulmuş bitkilər əridikdən sonra ilkin vəziyyətinə qayıtmağa müvəffəq olub. Tədqiqatçılar qeyd ediblər ki, donmadan əvvəl qurudulmuş bitkilər daha tez bərpa olunur. 

Mənbə: indytürk.com

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et