Bu gün:

Qarışqalar bir-birlərini əməliyyat edə bilirlər


Məlum olub ki, qarışqalar yaralı dostlarının ayaqlarını kəsərək infeksiyanın bütün bədənə yayılmasının qarşısını alıblar. Alimlər deyirlər ki, insandan başqa bir canlının həyatını xilas etmək üçün belə bir proseduru həyata keçirməsi faktı ilk dəfədir ki, görülür.

Əvvəlki araşdırmada müəyyən edilmişdi ki, bəzi qarışqa növləri koloniyalarındakı digər qarışqaların yaralarını tüpürcəkləri ilə müalicə edir . Eyni komanda yeni araşdırmalarında fərqli bir qarışqa növünün cərrahi müdaxilələr edə biləcəyini qeyd etdi. 


Dünən Current Biology jurnalında dərc edilən araşdırmada , Florida dülgər qarışqalarının (Camponotus floridanus) koloniyadakı yaralı dostlarının ayaqlarını amputasiya etdikləri müəyyən edilib. Digər tərəfdən onun yalnız bəzi nahiyələrdə yaraların amputasiyası etdiyi müşahidə edilib.  

Alimlər bildirirlər ki, bu, insandan başqa bir canlının belə amputasiyasının ilk nümunəsidir. 

Mənbə: indytürk.com

Tərcümə etdi: Aydan İbrahimli

Paylaş
Şərh əlavə et