Bu gün:

Rusiya Hindistanda zirehli deşici güllələr istehsal edəcək


Rusiyanın dövlət müdafiə sənayesi şirkəti Rostec Rusiya istehsalı olan döyüş tankları üçün zirehli deşici güllələrin Hindistanda istehsal ediləcəyini açıqlayıb.Rostec tərəfindən edilən yazılı açıqlamada Hindistanda "Manqo" adlı zirehli deşici güllələrin istehsal ediləcəyi qeyd edilib.

Açıqlamada Manqonun Rusiya istehsalı olan T-72 və T-90 model tanklarında istifadə edildiyi və bu tankların Hindistan ordusunda da olduğu bildirilib.

Açıqlamada Rostec-in Hindistanda da barıt istehsal etməyi planlaşdırdığına dair məlumatlar yer alıb.

Mənbə: TRT Haber 

Tərcümə etdi: Aminə Paşazadə

Paylaş
Şərh əlavə et