Qəzza Mülki Müdafiə sözçüsü Mahmud Basal, İsrail ordusunun Qəzza şəhərinin şərqindəki Şucaiyye bölgəsinə hücumu nəticəsində ilkin təsbitlərə görə 7 fələstinlinin öldüyünü, çox sayda insanın isə yaralandığını bildirib.
Basal, "İndiyə qədər 7 fələstinlinin cəsədi və onlarla yaralı Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına gətirilib, yollarda və evlərin dağıntıları altında hələ də cəsədlər var" deyib.
İsrail ordusu səhər saatlarından etibarən Şucaiyyeyə intensiv artilleriya və hava hücumları ilə eyni vaxtda qurudan məhəlləyə girməyə çalışır.
İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 694-ü uşaq və 10 min 279-u qadın olmaqla 37 min 765 fələstinli həyatını itirib, 86 min 429 nəfər isə yaralanıb.
Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.
Mənbə: TRT Haber
Tərcümə etdi: Aminə Paşazadə
