
Bəzi mənbələr telefonların təyyarənin elektron sistemlərinə müdaxilə edərək uçuş təhlükəsizliyini poza biləcəyini, digər mənbələr bunun çox az ehtimal olduğunu və bu günə qədər telefondan istifadənin səbəb olduğu təyyarə qəzasının baş vermədiyini qeyd edir.
Təyyarədə telefonların istifadəsinə qadağa qoyulmasının səbəbi telefonların baza stansiyaları ilə əlaqə saxlamağa çalışarkən təyyarənin radio və naviqasiya sistemlərində müdaxilə və ya yer təyini xətalarına səbəb ola biləcəyi narahatlığıdır. Təyyarə istiqaməti və hündürlüyü müəyyən etmək üçün naviqasiya sistemlərinə güvəndikdə, xüsusən də görmə qabiliyyətinin azaldığı dumanlı və ya buludlu havalarda bu, ciddi problem ola bilər.
Təyyarə rejimində telefonunuz baza stansiyası ilə əlaqə saxlamağa cəhd etməyəcək və uçuş təhlükəsizliyinə təhlükə yarada biləcək heç bir problem yaratmayacaq. Bu səbəbdən təyyarələrdə telefondan istifadə məhdudlaşdırılır və sizdən uçuş zamanı telefonunuzu təyyarə rejiminə qoymağınız və ya söndürməyiniz xahiş olunur.
Mənbə: evrimagaci
Tərcümə etdi: Sevil Azər
